Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil olunub | VİDEO

Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil olunub |    VİDEO
  11 Oktyabr 2025    Oxunub:893
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil edib.
AYNA-dan AzVision.az -a verilən məlumata əsasən, vətəndaşlardan daxil olan müraciətlər əsasında mütəxəssislər təhlillər aparıb, yolun həndəsi ölçüləri, parklanma tələbatı və hərəkət intensivliyi öyrənilib. Monitorinq nəticəsində ərazidə nəqliyyatın qarşı-qarşıya hərəkətində çətinlik yarandığı müəyyən edilib.

Sözügedən ərazidə yaşayan sakinlərin parklanma tələbatı, nəqliyyat intensivliyi və yolun həndəsi ölçüləri nəzərə alınıb, Tələt Şıxəliyev küçəsində Xətai prospektindən Təbriz küçəsi istiqamətində hərəkətin birtərəfli olması məqsədəuyğun hesab edilib.

AzVision.az


Teqlər: AYNA  



Xəbər lenti